• $
  • €
  • ₽
  • ₺
  • £

7 məhkəmə hakimi cəzalandırıldı - SİYAHI

7 məhkəmə hakimi cəzalandırıldı - SİYAHI
08.12.2014 18:23
 Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən bu məqsədlə məhkəmələrdə ardıcıl monitorinq və yoxlamaların keçirildiyi vurğulanıb, insanların haqlı narazılığını doğuran korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və sair qanun pozuntularına yol verən hakimlərin ciddi intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.

İclasda, icraatda olan intizam işlərinə baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqlarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilməsi, məhkəmənin sədri Müseyib Hüseynova irad tutulması barədə qərarlar qəbul edilib, digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılıb, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. // report.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol