Paytaxtda yanğın - ev sahibi tüstüdən zəhərləndi

Bakıda yanğın hadisəsi qeydə alınıb.
ANN.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərə verir ki, yanğın paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evdə 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan "SAMSUNG" markalı kondisioner əriyib. Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən aşkar edilib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Yanğından evin qalan hissəsi mühafizə olunub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























