• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan prezidentinin kitabı Azərbaycan dilində

Qazaxıstan prezidentinin kitabı Azərbaycan dilində
12.12.2014 18:13
Görkəmli siyasi xadim, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Avrasiyanın ürəyində” kitabı Azərbaycan dilində nəfis tərtibatla çap edilib. Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən nəşr edilən kitabı dilimizə Elxan Zal və İbrahim İlyaslı çeviriblər.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, kitabın dekabrın 15-də Qazaxıstanın ölkəmizdəki səfirliyi tərəfindən təqdimatı keçiriləcək.

Azərbaycan dilində nəşr olunan kitaba yazılmış "Ön söz”ün müəllifləri Qazaxıstanın ölkəmizdəki səfiri Amangəldi Jumabayev və Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardır.

Kitabın redaktorları Dilman Musayev, Səlim Babullaoğlu və Ramiz Məşədihəsənlidir. Mahmud Kaşğari Fondunun rəhbəri, tanınmış şair və tərcüməçi Elxan Zal Qaraxanlı AzərTAc-a bildirib ki, "Avrasiyanın ürəyində” N.Nazarbayevin Azərbaycan dilində nəşr olunan ikinci kitabıdır. Onun "Qazaxıstan yolu” adlı kitabı fondumuz tərəfindən 2011-ci ildə nəşr edilib və oxucular tərəfindən rəğbətlə qarşılanıb.

"Avrasiyanın ürəyində” kitabı Qazaxıstanın yeni paytaxtı Astana şəhərinin quruculuğundan bəhs edir. Tərcüməçilər əsərin keyfiyyətli alınması üçün əllərindən gələni ediblər. Tanınmış jurnalist, "Bakinskiy Raboçi” qəzetinin əməkdaşı Dilman Musayev, AYB Bədii Tərcümə və Əlaqələr Mərkəzinin direktoru, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu kimi peşəkar mütəxəssislərin bu işdə redaktor kimi iştirakı tərcümənin keyfiyyətini daha da artırıb. Hesab edirəm ki, bu kitab xalqlarımız arasında gündən - günə genişlənən siyasi, iqtisadi və mənəvi dostluq əlaqələrinin daha bir parlaq nümunəsidir.

O, kitabın işıq üzü gəlməsinə göstərdiyi köməyə görə Qazaxıstan Azərbaycandakı səfirinə təşəkkürünü bildirib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol