• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov ikili standartlardan danışdı

Zakir Həsənov ikili standartlardan danışdı
15.12.2014 11:16
"Neçə illərdir, Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə yoxdur".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.

O, inkişaf etmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların bu işğala ikili standartlardan yanaşdığını bildirib: "İki nəfər azərbaycanlı öz əzizlərini ziyarət etmək üçün doğma ata-baba ocaqlarına gedib və bu zaman ermənilər tərəfindən tutularaq qatil, terrorçu kimi istintaqa cəlb edilib. Artıq Ermənistan rəsmiləri bu məsələ ətrafında şou düzəldiblər. Bəs, insan hüquqlarına cavabdehlik daşıyan beynəlxalq qurumlar niyə susurlar? Axı, bizim vətəndaşlarımız terrorçu deyillər, sadəcə öz mənəvi ehtiyacları xatirinə işğalda olan doğma ocaqlarına gediblər. Amma neçə illərdir ki, qanuni torpaqlarımız işğala məruz qalıb, qardaş Türkiyədən savayı heç bir dövlət buna görə Ermənistana təzyiq göstərmir. Belə olan halda şəxsi məsuliyyətimizi dərindən hiss etməli və doğma torpaqlarımızı işğaldan azad etmək üçün ədalətli mübarizəyə hazır olmalıyıq".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol