• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur"

Nazir: "Dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur"
15.12.2014 11:55
"Dərsliyin yaradılması üçün təklif belə verilməyən fənlərimiz var. 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinif üçün 2 fənn üzrə ümumiyyətlə təklif verilməyib".

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov elektron resursların təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin fənlər əsasən xarici dillər (alman, fransız, bəzi hallarda rus dili) üzrədir: "Bu da o deməkdir ki, mövcud çərçivədə şagird tədris proqramı təsdiq olunub, şagird məktəbə gəlməli və dərslik olmalıdır. Lakin mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq göstərən tərəf yoxdur".

Bunun Təhsil Nazirliyinin, eləcə də təhsil sisteminin üzərinə qeyri-adi çağırış qoyduğunu vurğulayan M. Cabbarov əlavə edib ki, təklif olmadığı halda belə dərslik bir neçə aydan sonra məktəbdə olmalıdır: "Hamımız konteksti bilməli və bunun səbəbləri ayrıca müzakirə olunmalıdır. Bu sistemin kifayət qədər ciddi islahata ehtiyacı var və mövcud nəticələrdən dərs çıxarmamaq qeyri-mümkündür".

Nazir həmçinin qeyd edib ki, dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır: "Heç də hər bir halda öz sahəsində ən yaxşı olan mütəxəssis yaxşı dərsliyin yaradılması üçün və yaxud bu gün təhsil sistemində tətbiq olunan prinsiplər üzərində tədris materialının çatdırılması cavabını gözləyən suallardır. Bu məsələdə Təhsil Nazirliyinin və təhsil sisteminin rolu həmin müəlliflərin müəyyənləşdirilməsi və onlara lazım olan alətlərin təqdim edilməsindən ibarətdir. Bu istiqamətdə təhlilləri həyata keçirib müvafiq təklifləri hökumətə təqdim etmişik. Ümid edirik ki, yaxın zamanlarda dərsliklərin yaradılması texnoloji prosesində yeni nailiyyətlər əldə edəcəyik".

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol