• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərin parklanması SMS-lə olacaq

Avtomobillərin parklanması SMS-lə olacaq
16.12.2014 11:43
Azərbaycanın mobil operatorları SMS-in köməyi ilə avtomobillərin parklanmasına görə ödəniş xidmətinin göstərilməsi üzrə texniki imkanı nəzərdən keçirir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib. Onun sözlərinə görə, gələcəkdə reallaşdırılması planlaşdırılan layihə hazırda müzakirə mərhələsindədir və onun işə salınması üçün vaxt lazımdır.

Mənbə qeyd edib ki, əsas şərt mikroödənişlər məsələsinin necə həll ediləcəyi və parklamaya görə ödəniş üçün hansı alətlərdən istifadə olunacağıdır: "SMS-in köməyi ilə parklama ödənişinin iki variantı var. Birincisi, bilavasitə abonent balansından parklamaya görə ödənişi, ikincisi isə mobil ödənişlər servisinin, yəni bank hesabının köməyi ilə ödənişləri nəzərdə tutur".

İkinci metod operatora son istifadəçi ilə birbaşa işləməyə imkan vermir, çünki o, maliyyə strukturu deyil. Operator təcrübədə bank strukturu ilə müqavilə bağlayır və daxil olmuş vəsaiti onun hesabına köçürür. Bank isə öz növbəsində, vəsaiti parklama ilə bağlı qarşılıqlı ödənişlərə cavabdeh olan strukturun hesabına köçürür.

Mənbə əlavə edib ki, ikinci variant daha məqbuldur və hazırda kommunal və digər xidmət növləri üzrə ödənişlər bu cür həyata keçirilir: "Operatorlar abonentlər və pullu parklama servisinin işinə cavabdeh olan sistemlər arasında informasiya mübadiləsinin təşkili üçün istifadə edilə bilən qısa nömrə təqdim etməyə hazırdırlar".

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol