• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: "İslam dinini gözdən salmağa çalışırlar"

Komitə sədri: "İslam dinini gözdən salmağa çalışırlar"
16.12.2014 15:02
"İslam ölkələrində bu dini gözdən salmağa cəhd edən radikal qruplar var. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərirlər, onlar İslama zidd qruplardır. Onların mənbəyi, maliyyə qaynaqları xaricdən, xristian ölkələrindədir. ”

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində "Din və dövlət münasibətləri ” mövzusunda keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, həmin qruplar İslam dinini gözdən salmağa çalışırlar: "İslama gələnlərin qarşısını almaq üçün onu gözdən salırlar. Bu gün İŞİD qruplaşması var. Lakin o əvvəllər başqa adla fəaliyyət göstərmiş və islam dininə terror damğasını vurmaq üçün çalışmış qruplardan yaradılıb. Bu savaşların dinə heç bir dəxli yoxdur. Onlar bu əməllərlə İslam dinini gözdən salmağa çalışırlar. Saqqalı uzun, saçı dağınıq, baş kəsən, uşaq öldürən birini görən hansısa yapon, ingilis əlbəttə ki, İslam dininə gəlməz.  XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si  islam ölkələrindədir” .

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol