• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Günəş tutulacaq

Azərbaycanda Günəş tutulacaq
16.12.2014 21:12
4 saat 8 dəqiqə davam edəcək təbiət hadisəsi Azərbaycandan 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək

Gələn ilin Novruz bayramında Azərbaycandan Günəş tutulması müşahidə olunacaq.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, 2015-ci ilin ilk tam Günəş tutulması martın 20-sinə təsadüf edəcək. Onun sözlərinə görə, bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.

X. Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq: "Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir".

X. Mikayılov qeyd edib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol