Azərbaycana 1 milyon əcnəbi gəlib

Bu ilin 11 ayı ərzində Azərbaycan Respublikasına 1 milyona yaxın əcnəbi vətəndaşın gəldiyi qeydə alınıb.
ANN.Az AzərTAc- istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayev deyib.
P.Musayev bildirib ki, onların əksəriyyəti Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınıb. Çox az bir hissəsi qeydiyyata alınmayıb ki, bunlarda aiddiyatı qurumlar tərəfindən aparılmış müvafiq tədbirlər nəticəsində qısa müddət ərzində aradan qaldırılıb.
O deyib: "Ölkə ərazisinə daxil olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınır, onlara müvafiq yaşama icazələri verilir, iş icazələri ilə təmin olunurlar. Demək olar ki, bu gün DMX–nin diqqətindən kənarda qalan əcnəbi yoxdur”.
Rəis müavini vurğulayıb ki, DMX-də vahid miqrasiya məlumat sistemi yaradılıb və fəaliyyəti təmin edilib. Azərbaycana gələn hər bir əcnəbinin hansı tarixdə ölkəyə daxil olduğu, hansı ünvana qeydiyyata düşdüyü, harada işlədiyi, ölkəni tərk etdiyi vaxta vahid miqrasiya məlumat sistemi vasitəsilə tam nəzarət edilir.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib