• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərə ŞAD XƏBƏR

Alimlərə ŞAD XƏBƏR
19.12.2014 12:12
 "Hamını düşündürən ən ciddi məqamlardan biri də alimlərin sosial müdafiəsi ilə bağlı məsələlərdir. Həqiqətən, ağır və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruri məsələdir”.
 
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə bildirib. O vurğulayıb ki, son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. "Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcəkdir. Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır”.

A. Əlizadə bildirib ki, alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. "Bununla əlaqədar AMEA-nın elmi müəssisələrin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər həyata keçirilir. Bizim əsas məqsədlərimizdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün «Alimlər şəhərciyi» – "Science City” yaşayış kompleksi yaratmaqdır. Ümid bəsləyirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik”.
 
 
Onun sözlərinə görə, alimlərin I qurultayında edilən bu məruzə AMEA-da çalışan alimlərlə yanaşı, universitetlərdə və sahə institutlarında elmi fəaliyyətlə məşğul olan alimlər üçün də korporativ maraqları dəf edən yaradıcı inteqrasiyaya çağırış kimi qəbul olunacaq.
 
ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol