• $
  • €
  • ₽
  • ₺
  • £

Girovlardan biri buraxıla bilər

Girovlardan biri buraxıla bilər
19.12.2014 13:00
Bu gün Xankəndidə son "məhkəmə” iclası keçiriləcək girovlardan biri buraxıla bilər.

ANN.Az Anspress-ə istinadən xəbər verir ki, bu barədə girovların yaxın dostu tanınmış jurnalist Səbuhi Rəhimli sosial şəbəkədə Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə bu gün paylaşdığı statusunda bildirib.

Səbuhi Rəhimli Azərbaycan ictimaiyyətini girovların hər ikisini azad etmək üçün mübarizəyə çağırıb.

"Ən qorxduğum amil odur ki, Dilqəm Əsgərovun ciyərləri çox ağır xəstə idi. Şahbaz Quliyevdə isə hepatit C vardı. Hər ikisi ölüm riski ilə üz-üzə qalıblar. Aydındır ki, Xankəndidə onlara pis baxırlar, şəraitləri ağırdır. Hətta ilk "məhkəmə”də, gördüyünüz kimi, Dilqəmin diş protezi yox idi. Qırmızı Xaç deyəsən bunu görmək üçün böyük eynək taxmalıdır. Bilənlər bilir ki, protezsiz danışmaq çətindir, ifadələr aydın eşidilmir, xörək yemək isə ondan da çətindir. Hər halda, ermənilər bunu nəzərə alıb Dilqəmə hər gün sulu xörək və yumşaq çörək verən deyillər. Bir daha hər bir soydaşımızdan xahiş edirəm ki, bu gün haqq səslərini qaldırsınlar”, - deyə Səbuhi Rəhimli vurğulayıb.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb. Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol