• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda orta məktəblərdən biri AMEA-ya veriləcək

Azərbaycanda orta məktəblərdən biri AMEA-ya veriləcək
19.12.2014 17:36
"Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərindən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb”.
 
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, həmin məktəbə bu günün tələblərinə cavan verən yeni modelin və proqramın tətbiqi üçün poliqon kimi baxılmalıdır: "Bunun ümumu təhsil sistemində interaktiv elmi biliklərin tətbiqinə yol açacağına ümid edirik. Dünya rəqabət dünyasıdır. Bizim uşaqların rəqibləri hazırda dünyanın müxtəlif ölkələrində böyüyür. Elmi potensialın qorunub saxlanması, gənc elmi kadrların hazırlanması qarşımızda duran ən vacib məsələrdəndir”.

M. Cabbarov bildirib ki, təhsilsiz elmi, elmsiz təhsili təsəvvür etmək mümkün deyil. "Ali təhsildə istedadlı gənclərin potensialının inkişafı, elm, təhsil, müasir texnologiyalara bağlılığı təmin etmək məqsədilə ali məktəblərdə "Sabah” qrupları yaradılıb”.

Nazir vurğulayıb ki, indiyə kimi 3184 nəfər müvafiq Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alıb: "Proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistr, 45 nəfər doktorant, 65 nəfər dissertant təhsili qazanıb. Hazırda 2016-2020-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının hazırlanması sahəsində işlər gedir. Bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib. Eyni zamanda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali məktəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihənin icrası nəticəsində ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol