• $
  • €
  • ₽
  • ₺
  • £

Onlara əskər yeməyi verildi

Onlara əskər yeməyi verildi
21.12.2014 15:30
Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.

ANS PRESS-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hərbi xidmətdə fərqlənən hərbi qulluqçular və Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarından olan "Gənc Şahinlər" komandalarının üzvləri ilə görüşərək tədbirin açılışını elan edib və onlara uğurlar arzulayıb.

Tədbir iştirakçıları xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev mərkəzini ziyarət ediblər. Nümunəvi xidmətləri ilə fərqlənən hərbi qulluqçuların akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin, Bərdə dövlət idarəetmə və texnologiya kollecinin şagird və müəllim kollektivi ilə keçirdikləri maraqlı görüşlər gənclərdə yüksək hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yaradıb.

Sonra təlim poliqonunda "Gənc Şahinlər" komandalarının üzvləri ilə atış üzrə yarış keçirilib. Atışda fərqlənən gənclər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. "Gənc Şahinlər"-in üzvləri hərbi texnikaya baxış keçirib, silah-sursatla tanış olub və əsgər naharı yeyiblər.
 
ANS PRESS
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol