• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarovun müavini birinci oldu

Mikayıl Cabbarovun müavini birinci oldu
22.12.2014 12:11
Təhsil Nazirliyinin aparatının əməkdaşları arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

ANN.Az Nazirliyin saytına istinadən xəbər verir ki, turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, təhsil nazirliyinin 30-ya yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri iştirak edib. Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib. Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın bu növünə marağının təhsilalanlar arasında da stolüstü tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu isə onların sağlam inkişafına müsbət təsir göstərir.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana böyük marağın olduğunu bildirib. Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub. Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub. Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva tutublar. Qaliblər Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol