• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qeyri-adi olay: Ölən şəxs məhkəməyə çağrıldı

Bakıda qeyri-adi olay: Ölən şəxs məhkəməyə çağrıldı
22.12.2014 15:46
Bakıda prokurorluq işçisinin rəsmi qaydada cəzalandırılmasının maraqlı təfərrüatları məlum olub.

ANN.Az "Report"a istinadən xəbər verir ki, Nizami rayon prokurorunun müavini Mehman Xankişiyevə töhmət elan olunmasına səbəb prokurorluqda ölən şəxsə qarşı cinayət işinin davam etdirilməsi, işə xitam verilməməsi olub.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Quliyev Rövşən Şahzadə oğluna qarşı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsi ilə cinayət işi başlanılıb. Lakin R.Quliyev istintaq müddətində zaminə buraxılıb.

Zamində olduğu vaxtda isə o, dünyasını dəyişib. Lakin istintaq orqanlarının bundan xəbəri olmayıb. R.Quliyev barəsində cinayət işinə xitam verilməli olduğu halda, istintaq davam etdirilib. R.Quliyev həyatda olmaya-olmaya onun "ifadəsi alınıb", onun əvəzində iş materiallarına imza atılıb. Cinayət işinin istintaqı yekunlaşandan sonra isə iş araşdırılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hətta məhkəmə prosesi də olub. Yalnız məhkəmə araşdırmaları zamanı R.Quliyevin dünyasını dəyişməsi faktı ortaya çıxıb.

Belə ki, məhkəmə prosesində təqsirləndirilən şəxsin iştirak etmədiyini görən hakimlər bu barədə müvafiq dövlət qurumlarına sorğu göndəriblər. Sorğuya gələn cavabda isə R.Quliyevin öldüyü məlum olub.

Beləliklə, sözügedən cinayət işində istintaqa nəzarət edən Nizami rayon prokurorunun müavini Mehman Xankişiyev cəzalandırılıb, yəni ona töhmət elan olunub.

Qeyd edək ki, M.Xankişiyev Nizami rayon prokurorunun müavini təyin olunana qədər Abşeron Rayon Prokurorluğunda müstəntiq və Bakı şəhər Prokurorluğunda Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsində işləyib. Onun atası Nizami Xankişiyev isə uzun illər Bakının müxtəlif instansiya məhkəmələrində hakim işləyib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol