“ASAN ödəniş” sistemi fəaliyyətə başlayacaq

"ASAN ödəniş” sistemi yaxın zamanlarda fəaliyyətə başlayacaq.
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, bu haqda "ASAN xidmət”in strateji araşdırmalar və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov məlumat verib.
"ASAN ödəniş” inzibati cərimələrin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı sistemdir. Bu sistem həm terminallar, həm internet, həm də mobil cihazlar vasitəsilə həyata keçiriləcək. Bir çox dövlət orqanlarının "ASAN ödəniş” sisteminə inteqrasiyası da nəzərdə tutulub.
Qeyd edək ki, "ASAN ödəniş” sistemi bu il fevralın 11-də dövlətimizin başçısının imzaladığı Fərmana əsasən hazırlanıb. Sistem vətəndaş ilə dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir, şəffaflığı və operativliyi təmin edir, korrupsiya və digər mənfi halların qarşısını alır.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib