• $
  • €
  • ₽
  • ₺
  • £

Radar cəriməsini ödəməmək olar?

Radar cəriməsini ödəməmək olar?
29.05.2020 00:26
Sizcə, radara düşən sürücülər cərimə ödəməkdən boyun qaçıra bilərlərmi? Yəqin bir çoxları düşünür ki, ola bilməz. Ancaq inzibati xətalar məcəlləsinin 415-ci maddəsində göstərilir ki, sürücülər 3 səbəbə görə məsuliyyətdən yayına bilərlər. Bəs bu səbəblər hansılardır? Biz araşdırdıq.

ANN.Az xəzərxəbər.com-a istinadən xəbər verir ki, radara düşən və yaxud qayda pozan sürücü bir il boyunca tapılmırsa, onun cəriməsinə xitam verilməlidir... Bunu İnzibati Xətalar Məcəlləsinin 415-ci maddəsinə əsasən demək mümkündür... Bu maddəyə görə, sürücü 3 səbəbə görə inzibati məsuliyyətdən azad ola bilər.

Bəzi sürücülər elə düşünə bilərlər ki, 415-ci maddədən sui-istifadə edərək məsuliyyətdən azad olunmaq mümkündür. Ancaq bu, belə deyil. Radara düşən sürücünün ünvanına əvvəlcə məktub göndərilir. Əgər poçtalyon həmin şəxsin ünvanını tapa bilmirsə, bu zaman qayda pozan avtomobilin görüldüyü yerdə saxlanılması üçün qərar verilir və bu qərar 1 il qüvvədə olur.

Digər tərəfdən, cərimə ilə bağlı ünvana göndərilən məktubdan imtina ilə bağlı da bəzi sürücülər yanlış fikirdədirlər. Belə ki, bəzi sürücülər elə bilirlər ki, əgər onun yaşadığı ünvana və yaxud iş yerinə gətirilən məktubdan imtina etsələr, məsuliyyətdən yayına bilərlər. Bu hal da qanunvericilikdə nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinin digər maddəsinə əsasən isə, əgər hər hansı bir şəxs qayda pozarsa və onun törətdiyi pozuntu 2 ay ərzində rəsmiləşdirilməzsə, bu zamanda həmin işə xitam verilir. Qanuna əsasən, yol hərəkəti qaydalarını pozan və haqqında qərar qəbul edilən sürücülər bu cəriməni ödəməkdən yayına bilmirlər. Həmin sürücülər ömürlərinin sonuna qədər bu cəriməni ödəməyə məcburdurlar. Əks halda məhkəmənin qərarı ilə hətta həmin şəxslərin əmlaklarına həbs də qoyula bilər.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol