• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb direktoruna cinayət işi

Məktəb direktoruna cinayət işi
25.12.2014 17:08
Musiqi məktəbinin sabiq direktoru barəsində açılan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunun Qarabağ kənd uşaq musiqi məktəbinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanun pozuntuları ilə əlaqədar Füzuli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
 
Aparılmış istintaqla Qarabağ kənd uşaq musiqi məktəbinin sabiq direktoru Quliyev Elxan İsmayıl oğlunun həmin vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2014-cü illərdə rayon ərazisində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmək məqsədilə ayrı-ayrı incəsənət adamlarını həmin tədbirə cəlb edib gördükləri iş müqabilində onlara pul vermək məqsədi ilə qanunsuz olaraq məktəbdə müəllim kimi rəsmiləşdirib, dərs saatları yazmaqla əmək haqqı hesablayaraq adlarına hazırlanmış plastik kartlar vasitəsilə ümumilikdə 63.938 manat məbləğində büdcə vəsaitinin alınmasını təşkil etməsində əsaslı şübhələr olduğundan iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Cinayət Məcəlləsinin 308.1, 309.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
 
İstintaq dövründə dövlət büdcəsinə vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilib.
 
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Füzuli rayon məhkəməsinə göndərilib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol