• $
  • €
  • ₽
  • ₺
  • £

Televiziyalarda xüsusi süzgəc tətbiq oluna bilər

Televiziyalarda xüsusi süzgəc tətbiq oluna bilər
26.12.2014 11:44
Azərbaycan teleməkanında terror hadisələri, ekstremiz və digər müharibə cinayətlərinə dair informasiyaya xüsusi süzgəc tətbiq olunmalıdır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.

"Azərbaycan Respublikasının qanunvericiliyində terrorçuluğun təbliği cəzalandırılır. Ancaq dünyada gedən proseslər və terrorun hazırda əsas təhlükəyə çevrilməsi bizdən yeni yanaşmalar, daha doğrusu qanunda dəyişikliklər tələb edir", - millət vəkili deyib.

O vurğulayıb ki, hər hansı ölkədə baş verən ekstremiz halı ekranlara daşınırsa, bu zaman KİV-lər passiv təbliğatçı rolunda çıxış edirlər: "Halbuki, 11 sentyabr hadisələrini  ABŞ televiziyalarında nümayiş etdirməyə qadağa qoyan Birləşmiş Ştatlar elitası nəzərə alırdı ki, əhalidə qorxu və xofun qarşısını alaq. Eyni zamanda aqressivliyin stimullaşdırılmasına yol verməmək üçün mətbuat orqanları müəyyən çərçivələrdə fəaliyyət göstərməlidirlər. Hətta, Əfqanıstandan çəkilmiş məlum səhnələri belə ekranlara tamamilə daşımağa yol vermədilər. Çünki pislik, qeyri-insani hərəkətlər və bəşəri cinayətlər bəzən onu ictimai səviyyədə lənətləməklə deyil, yasaq rejimində ona yanaşmaqla qarşısı alına bilər".

Z.Oruc deyib ki, Azərbaycan xalqının məruz qaldığı soyqırımı cinayətlərindən nümayiş olunan səhnələr belə uşaqların, yeniyetmə və gənclərin mənəvi-psixoloji varlığını zədələyə bilir: "Bunların informasiya siyasətində mühüm əhəmiyyətini dərk edərək, "Terrorçuluqla mübarizə haqqında" qanunda dəyişikliklər mütləq edilməlidir".

Xatırladaq ki, Rusiya hökuməti KİV-də ekstremizm və terror fəaliyyətinə haqq qazandıran, çağırışlar edənlərin bir milyon rubladək (13 min manata yaxın) cəzalandırılması ilə bağlı qanun dəyişiklikləri layihəsini Dövlət Dumasına göndərib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Vətəndaş Cəmiyyəti İnkişafı və İnsan Haqları üzrə Şuranın başçısı Mixail Fedetovun sözlərinə görə, bu qaydaları pozan KİV-in fəaliyyəti dayandırıla da bilər.

Həmin dəyişikliklərə əsasən, "zorakılığı və qəddarlığı təbliğ edən" materialları yayanlar da məsuliyyətə cəlb ediləcək.

"Terrorçuluq və ya ekstremizmə çağırış edən" KİV əmlakı müsadirə edilməklə 100 mindən bir milyon rubladək cərimə olunacaq.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol