• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN dələduzu tutuldu

ASAN dələduzu tutuldu
26.12.2014 17:22
Vətəndaşlara qarşı dələduzluq etmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin "ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib.

O, saxta əmrlər hazırlayaraq təqdim etməklə onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. Şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol