• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dil polisi yaradılsın - Təklif

Azərbaycanda dil polisi yaradılsın - Təklif
29.05.2020 04:13
Azərbaycanda dil polisinin yaradılması təklif olunur. Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, belə bir qurumun yaradılması vacibdir. Millət vəkilinin sözlərinə görə, dünyada belə bir təcrübə var. S. Rüstəmxanlı həmçinin dil gömrüyünün olmasını da vacib hesab edir. Xalq şairinin fikrincə, dilə daxil olan sözlər süzgəcdən keçirilməli və yararsız sözlərin dilə daxil olmasının qarşısı alınmalıdır. "Bununla bağlı gələn il Milli Məclisə təklifin verilməsi gözlənilir. Amma bu məsələ dövlət başçısı ilə razılaşdırılmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, bu məsələ hətta Milli Məclisdə də səsləndirilib. S. Rüstəmxanlı küçə reklamı və elanları ilə bağlı narazılığını da gizlətməyib. Millət vəkli vurğulayıb ki, bu sahədə hələ də problem qalmaqdadır.   

Bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, dilçi-alim Nizami Cəfərovun da mövqeyini öyrəndik. O bildirib ki, dil polisinin yaradılmasına ehtiyac yoxdur. "Bu cür məsələlər humanitar sahələrdə özünü ümumiyyətlə doğrutmur”.

Millət vəkili bildirib ki, müvafiq qurumlar dil məsələsində həssas olmalıdır: "İcra Hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri şəhərin dil mənzərəsinə də nəzarət etməlidirlər. Bu baxımdan hesab edirəm ki, ayrıca dil polisinin yaradılmasına ehtiyac yoxdur.

Əgər elan və reklamlarda başqa dillərə daha çox üstünlük verilirsə, apteklərdə satılan Azərbaycan dilində dərman içliyi yoxdursa, bütün bunlara müvafiq icra hakimiyyətləri orqanları cavabdehdir". //lent.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol