İsmayıllıdan Suriya gedən azərbaycanlı gəlinlər geri qayıtdı

İsmayıllı rayonundan Suriyaya Əsəd rejiminə qarşı döyüşməyə gedən vəhhabi ailələr barədə simsar.az-a yeni məlumat daxil olub.
Mənbə bildirir ki, əvvəllər bərbər işləmiş Rahid Baxşəliyev adlı rayon sakini avqustun axırlarında ailəsi ilə birlikdə Türkiyəyə, oradan isə sərhədi keçərək Suriyaya gedib. Bir ay sonra, sentyabrın 27-də Rahidin ailəsinə oğullarının Əsəd rejmi tərəfindən ölüdürüldüyü xəbəri verilir. Amma ailəsi barədə heç bir informasiya almaq mümkün olmur.
25 gün öncə R.Baxşəliyevin Cülyan kəndindən olan həyat yoldaşını övladı ilə birlikdə pul gücü ilə Suriyadan gətirmək mümkün olub. Hazırda həmin qadın hamilədir.
Sözügedən ailə ilə bərabər, daha iki ailə Suriyadan rayona gətirilib. Həmin ailə üzvləri Qalacıq və Aşağıbaş kənd sakinləridir. Hər iki ailə başçısı eyni vaxtda Əsəd rejimi tərəfindən öldürülüblər.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib