• $
  • €
  • ₽
  • ₺
  • £

Lider TV-dən sərt reaksiya

Lider TV-dən sərt reaksiya
26.12.2014 20:24
"Lider" telekanalı Milli Televiziya və Radio Şurasını (MTRŞ) ittiham edib.

Lider TV-dən Trend-ə daxil olan məlumatda deyilir: "MTRŞ adlı qurum 25.12.12-ci il tarixində keçirdiyi qeyri-müəyyən və məqsədli iclasında "Lider TV və Radio Azərbaycan"ın "Televiziya və radio yayımı haqqında" qanunun pozulması ilə bağlı qərəzli qərarlar çıxarıb. Maraqlısı ondadır ki, bu qərarlar ilk olaraq yazılı şəkildə Lider TV-yə göndərilməli olduğu təqdirdə, qurumun rəhbərliyi və əməkdaşları MTRŞ-nin şər xarakterli xəbərdarlığını digər KİV-dən alıb. Guya "Lider TV və Radio Azərbaycan" MMC tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən "Seçim" verilişinin yayımı zamanı uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin nümayiş etdirilməsi ilə "Televiziya və radio yayımı haqqında" qanunun 33-cü maddəsi pozulub. Qeyd edək ki, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 31.0.5-ci bəndinə əsasən terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ olunmamalıdır. Və biz, "Lider TV və Radio Azərbaycan" olaraq bunu dərk edirik. Sözügedən buraxılışımızı məhz buna həsr etmişdik və dayələrin zorakılığına düçar olmasın deyə, Azərbaycan vətəndaşını, azyaşlı uşaqları olan valideynləri diqqətli olmağa çağırmışıq və təbii olaraq faktlara əsaslanmışıq. Çox maraqlıdır, televiziyada kadr göstərmədən zorakılığı necə pisləmək olar? Bunun üçün zorakılıq edənin qəddar, amansız, zorakılığa uğrayanın isə məzlum və zavallı olduğunu yazıb, onu kadr kimi efirə verib və bu yazının üzərində danışmaq lazımdır?! Televiziyanın nə olduğunu, kadr və vizuallıq, görüntü olmadan heç bir mahiyyət daşımadığını bilənlər yəqin nə demək istədiyimizi anladılar, adında televiziya kəlməsi olan MTRŞ-dən fərqli olaraq!
 
Televiziya jurnalistikası fakta, yəni görüntüyə əsaslanır. Yoxsa bir anlıq təsəvvür edin: ekranlara bax, beləcə, göy boşluq gəlir və arxadan bir səs öyüd-nəsihət verir: "Uşaqları döymək olmaaaaz!!!”
 
Belə televiziya olarmı? Əslində yox, amma Milli Televiziya və Radio Şurası hesab edir ki, televiziya məhz belə olmaldır. Dayənin uşağı döyməsi kadrlarının Lider TV-də göstərilərək təndiq olunmasından sonra Şura Lider televiziyası rəsmilərinin iştirakı olmadan iclas keçirib və bizə efirdə zorakılıq göstərməklə bağlı xəbərdarlıq edib. Ancaq "Lider TVvə Radio Azərbaycan"a olunan xəbərdarlıq nəyə görəsə digər KİV-lərə göndərilib.
 
Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi anlayışa görə, zorakılıq - özünə və başqalarına bilərəkdən ya fiziki, ya da mənəvi xətər yetirmək, hədələmək, təzyiq göstərməkdir. Bu mənada, düzdür, nümayiş etdirilən kadrlarda zorakılıq var idi. Amma bu o deməkdirmi ki, biz onu göstərə bilmərik? Çünki bu cür yanaşsaq, məsələn, "Tom və Cerri” cizgi filmi başdan-ayağa zorakılıqla doludur. Nə əcəb, Milli Televiziya və Radio Şurası buna hələ də dözür?
 
Ciddi danışsaq, əgər bu cür zorakılıq efirə verilməli deyilsə, onda ümumiyyətlə, televiziyaların işi dayandırılmalıdır. Çünki hər gün dünyada baş verən terror aktları, iğtişaşlar, kütləvi davalar… - bunların hamısı zorakılıqdır. O ki, qaldı "Seçim" verilişinə, MTRŞ efirə baxıbsa, tənqid atəşinə tutduğumuz 1 dəqiqəlik, dayələrin zorakılığını göstərən kadrları tənqid etməzdən öncə verilişin aparıcısı Rövşən Raqifoğlunun xəbərdarlıq etdiyini də görərdi. Görməyib, niyə? Daha bir sualımız var. Hörmətli Teleradio Şurası, o kadrlar çəkilib televiziyalarda nümayiş etdirilməsəydi, Xocalı soyqırımının miqyası barədə necə xəbər tutacaqdıq, Xocalı soyqırımını dünyaya necə sübut edə bilərdik? Bir dəhşətli olaydan xəbər tutmadan, onu görmədən, göstərmədən onunla mübarizə aparmağı təbliğ etmək olmur, qərəzli və Lider TV-yə şər atmağa çalışan MTRŞ!"
 
Qeyd edək ki, dünən Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
İclasda "Lider TV və Radio Azərbaycan” MMC tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı müzakirə edilib.
 
"Lider TV və Radio Azərbaycan” MMC tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən "Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarət yetirmə səhnəsinin nümayiş etdirilməsi ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr, 22 dekabr, 24 dekabr 2014-cü il tarixlərdə "Televiziya və radio yayımı haqqında" qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü il tarixlərdə "Televiziya və radio yayımı haqqında" qanunun 35.5; 11 dekabr 2014-cü il tarixdə "Televiziya və radio yayımı haqqında" qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq "Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.


ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol