• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik əhaliyə xəbərdarlıq etdi

Nazirlik əhaliyə xəbərdarlıq etdi
29.12.2014 17:08
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı əhaliyə xəbərdarlıq edib.

ANN.Az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hami üçün əziz olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən, bəzi təhlükəsizlik qaydalarını hər birimiz bilməliyik:

• evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;
• küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;
• ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;
• küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!

Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:
• şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;
• otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;
• məkanın iki çıxış qapısı olmalıdır;
• ehtiyat qapı üzərində "Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;
• otağın qapıları mütləq bayıra açılmalıdır;
• dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir;
• şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;
• şənlik zamanı işıq tam söndürülməməlidir;
• şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;
• şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol