• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda polisi maşın vurdu: ölən var

Bakıda polisi maşın vurdu: ölən var
31.12.2014 13:59
Bakının Sabunçu rayonunda iki piyadanın vururlması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 Qəza zamanı "Toyota” markalı maşının sürücüsü Sabunçu dairəsindən üzü Zabrata doğru hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Yaralanan piyadalar 25 yaşlı Cəfərov Süleyman Bayram oğlu və 20 yaşlı Rəhimov Elşad Savalan oğlu ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Yaralı piyadalardan Elşad Rəhimovun xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanya aparılan zaman yolda dünyasını dəyişib.

Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin əməkdaşları qəza baş verən ünvanda araşdırma aparıblar. Sürücü saxlanılaraq izahatının alınması üçün polis idarəsinə aparılıb.

Qəzanı araşdıran Sabunçu rayon polis idarəsinin müstəntiqi Asəf Məmmədov piyadaları vuran sürücünün şəxsiyyətini media nümayəndələrindən gizlətməyə çalışıb. Müstəntiq qəza zamanı dünyasını dəyişən və xəsarət alan şəxslərin adlarını desə də, sürücünün kimliyini açıqlayanda yadına istintq sirri düşdü. O, istintaq sirri olduğunu bildirərək sürücünü qorumağa çalışdı və onun kimliyi barədə açıqlama vermədi.

Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində başlanan araşdıramalar isə davam etdirilir.

Sonda qeyd edək ki, qəza zamanı yaralanan piyada Cəfərov Süleyman Bayram oğlu yol patrul xidmətinin əməkdaşıdır.//Ans
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol