• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” Dohada keçirilən beynəlxalq sərgidə təmsil olunur

“Nar Mobile” Dohada keçirilən beynəlxalq sərgidə təmsil olunur
13.12.2014 14:51
7-10 dekabr 2014-cü il tarixləri arasında Qətərin Doha şəhərində "ITU Telecom World – 2014” ümumdünya telekommunikasiya sərgisi keçirilir. Azərbaycanın İKT sektorunu sərgidə təmsil edən şirkətlər arasında olan "Nar Mobile” milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini ən yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim edir.
 
"Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili başda olmaqla, bu beynəlxalq forumda iştirak edən "Nar Mobile” nümayəndələri sərgi günləri ərzində öz məhsullarını və yeniliklərini nümayiş etdirməklə yanaşı, telekommunikasiya sektorunun imkanlarını və inkişaf tendensiyalarını müşahidə etmək, beynəlxalq praktikanın yeni istiqamətlərini dəyərləndirmək və sahənin aparıcı şirkətləri ilə geniş təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.  
 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.

 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol