• $
  • €
  • ₽
  • ₺
  • £

“Total” şirkətinin rəsmisi Bakı Ali Neft Məktəbində

“Total” şirkətinin rəsmisi Bakı Ali Neft Məktəbində
07.01.2015 10:41
Fransanın "Total” şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi Denis Lemarşal Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı salamlayaraq, rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verdi. O, Ali Məktəbin yaranma tarixindən danışaraq, BANM-in Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə yaradıldığını bildirdi. Rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində açılan bu Ali Məktəbin yarandığı qısa zaman ərzində dünya şöhrətli, bir çox tanınmış neft-qaz şirkətləri ilə əməkdaşlığa imza atdığını qonağın diqqətinə çatdırdı. Elmar Qasımov dedi ki, bu il Ali Məktəbə qəbul olan abituriyentlərdən 17 nəfəri Prezident təqaüdçüsü adını qazanıblar. BANM-in Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətləri, həmçinin ARDNŞ üçün kadr hazırlığı həyata keçirdiyini və tələbələrin bu şirkətlərdə mütəmadi olaraq təcrübə keçdiklərini bildirdi. "Total” şirkətinin Bakı Ali Neft Məktəbinin ilk əməkdaşlıq etdiyi şirkətlərdən birincisi olduğunu dedi. Rektor Elmar Qasımov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğuladı. O, Denis Lemarşalı və şirkətin əməkdaşlarını BANM tələbələri üçün mühazirə-seminarlar keçirməyə dəvət etdi və bunun tələbələr üçün faydalı olacağını bildirdi.

Öz növbəsində, "Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru və təmsilçisi Denis Lemarşal BANM-də olmasından məmnunluq ifadə etdi. O. Fransa ilə Azərbaycan arasında əlaqələrdən söz açdı və bu ikitərəfli əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini dedi. O, əməkdaşlığın davam və inkişaf etdirilməsinin vacibliyindən söz açdı. Denis Lemarşal BANM tələbələri üçün təmsil etdiyi şirkətin ixtisaslı

kadrları tərəfindən mühazirələrin təşkilinin mümkünlüyünü bildirdi və məmnunluqla razılıq bildirdi.

Xatırladaq ki, BANM və Fransanın "Total” şirkəti arasında 10 aprel 2013-cü ildə Əməkdaşlıq Protokolu imzalanıb. Sənəddə BANM və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin "Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi , "Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxumasının təmin olunması və BANM-in tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etməsi nəzərdə tutulur.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol