• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda təhlükə: valideynlər ehtiyatlı olsun

Azərbaycanda təhlükə: valideynlər ehtiyatlı olsun
07.01.2015 17:42
"Azərbaycanda uşaqlar arasında xəstəliklərin səviyyəsi müəyyənləşib”.

 Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə hər doğulan min uşaqdan 30 nəfəri tələf olurdusa, indi bu rəqəm 10,2 faizə qədər azalıb. Həkim bu göstəricinin 2-3 faizə endirilməsi istiqamətində çalışıldığını əlavə edib.

Nəsib Quliyev bildirib ki, ötən il müayinədən keçirilən 2 milyon 600 minə qədər uşaqdan 657 min azyaşlının səhhətində müəyyən problemlər olub.

"Müxtəlif sağlamlıq problemləri olan uşaqların sayı 657 min uşaq olub. Yəni onların içərisində qan azlığı problemləri olan uşaqlar da var. Onlar xəstə deyillər, xəstəliyə meyillidirlər. Bu problem dövlət diqqəti nəticəsində azalmağa doğru gedir. Dövlət gözəl bir addım atdı. Qanun çıxarıldı ki, bütün uşaqlar ildə azı bir dəfə məcburi şəkildə tibbi müayinədən keçirilsin. Bu çox vacib bir məsələdir”, - deyə N.Quliyev bildirib.

Baş pediatr bildirib ki, hazırda Azərbaycanda uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri daha çox yayılıb. Bu səbəbdən də valideynlər diqqətli olmalıdırlar: "Uşaqlar arasında ən çox yayılan tənəffüs yollarının xəstəlikləridir. İkinci yerdə çağalıq dövründə olan xəstəliklərdir. Əvvəllər ikinci yerdə yoluxucu xəstəliklər idi. Üçüncü yerdə mədə-bağırsaq xəstəlikləridir. Ona görə də, valideynlər uşaqları hər il müayinədən keçirməlidirlər. Lakin valideynlər buna laqeyid münasibət bəsləyirlər”.

Qeyd edək ki, ötən il Azərbaycanda icbari dispanserizasiyadan keçirilən uşaqların sayı açıqlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2014-cü ildə 0-17 yaş arasında müayinə olunmalı uşaqların sayı 2548200 nəfər olub. Onlardan 1957174 nəfəri icbari tibbi müayinə edilib, 591 026 uşaq isə müayinədən keçirilməyib (472 821 nəfəri yaşayış ünvanının dəyişməsi ilə əlaqədar, 118 205 nəfəri digər səbəblərdən).

Azərbaycanda müayinədən keçirilən 657 096 nəfər uşaqda xəstəlik aşkar olunub. Onlardan dispanser qeydiyyata alınan uşaqların sayı 406 488 nəfər təşkil edib. 75 990 nəfər uşaq sağalma ilə dispanser qeydiyyatından çıxarılıb. 61 086 uşaq hospitalizasiya olunub, 20 952 uşaq sanator müalicəyə göndərilib.


ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol