Özünü yandıran "Sovetski" sakini öldü

Bakının "Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə verilən kompensasiyanın azlığına etiraz edərək özünü yandıran sakinin cəsədini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları aşkarlayıblar.
Anspress-in verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanmış və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda həmin küçədə evlərin sökülməsi prosesi gedir. Özünü yandıran şəxsin kimliyi açıqlanmır, ancaq onun sökülən evinə görə kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığı iddia edilir.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib