• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiada Bakının bu məktəblərində olacaq - SİYAHI

Olimpiada Bakının bu məktəblərində olacaq  - SİYAHI
09.01.2015 11:35
11 yanvardan Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, fənn olimpiadalarının şəhər mərhələsində ötən il noyabrda Bakı şəhərinin məktəblərində keçirilən "Bilik yarışı”nın qalibləri iştirak edəcəklər.

Bakı şəhərinin 12 rayonunu əhatə edəcək fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının bu mərhələsi IX-XI sinif şagirdlərini əhatə edəcək, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcək.

Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün müvafiq tərkibdə Təşkilat Komitəsi yaradılıb.

Nəzərinizə çatdıraq ki, bu il ilk dəfə olaraq fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçiriləcək, test 50 sualdan ibarət olacaq. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.

Həmçinin, ötən ilkindən fərqli olaraq, bu il məktəblilər coğrafiya fənni üzrə olimpiadanın şəhər mərhələsində iştirak edəcək və müvəffəqiyyət qazanan şagirdlər respublika turuna vəsiqə əldə edəcəklər. Olimpiada Bakı şəhərinin 12 rayonu üzrə müvafiq məktəblərdə saat 10:00-dan başlayaraq 3 saat davam edəcək.


ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol