• $
  • €
  • ₽
  • ₺
  • £

Bayıl qəsəbəsində təhlükə

Bayıl qəsəbəsində təhlükə
09.01.2015 20:18
İstinad divarının uçması təhlükəsi yaranıb

Dünən Bakı və Abşeron yarımadasına yağan qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanındakı iri ölçülü istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib.

Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib ki, baş vermiş hadisə uçqun prosesinin ilkin mərhələsidir: "Buxta küçəsində hündürlüyü 7 metrə yaxın istinad divarı uçqun prosesinə məruz qalsa, ondan 3 metr aralıdakı fərdi yaşayış evi üçün ciddi təhlükə yarada bilər. Həmin ərazidə məcburi köçkünlər məskunlaşıb. Səhv etmirəmsə, orada 6 ailə yaşayır".
 
S. Əmiraslanov ötən illər ərzində adıçəkilən ərazidə bir neçə dəfə uçqunun baş verdiyini qeyd edib: "Buxta küçəsi yüksək maililiyə malik yamacda yerləşir. Pilləvari küçələrdən ibarət olan ərazidə terraslaşma işləri həyata keçirilib, həmin terraslaşma işlərindən sonra istinad divarlarının və bir-birinə yaxın fərdi yaşayış evlərinin inşası həyata keçirilib. Ötən illər ərzində həmin ərazidə uçqun hadisələri baş verib. Dediyim kimi, fərdi yaşayış evləri uçqun sahəsindən bir neçə metr kənarda aralıda yerləşir ki, bu da çox təhlükəlidir”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol