• $
  • €
  • ₽
  • ₺
  • £

Rafiq Tağının qardaşı Baş Prokurorluğa çağırıldı

Rafiq Tağının qardaşı Baş Prokurorluğa çağırıldı
12.01.2015 15:35
Mərhum yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağıyev Baş Prokurorluğa çağırılaraq, qəbul edilib. Bunu Modern.az saytına açıqlamasında İlqar Tağıyev deyib.

Hələ ötən ilin noyabrında vurulan teleqramda baş prokurorla görüşmək, ondan bu günə qədər hansı əməliyyat-axtarış tədbirlərinin aparıldığı, hansı ipuclarının araşdırıldığı, nələrin tapıldığı, hansı şübhəli məqamların olduğu barədə məlumat almaq istənilib.

İlqar Tağıyev görüşün ötən ay baş tutduğunu deyib: "Baş Prokurorluqda müavinlərin birinin qəbulunda oldum. Görüşdə Rafiq Tağının qətlinin istintaqını aparan müstəntiq Nadir Mirzəyev də iştirak edirdi. Dinləmədə bildirdim ki, istintaq davam edən müddətdə vəsatətlərimiz təmin olunmayıb, istintaq müddətində bəzi məqamlara etirazımı bildirdim. Mənə dedilər ki, vəsatətlərinizi yenidən yazın verin. Aydındır ki, istintaq bu qətlin ört-basdır edilməsi istiqamətində aparılır. Dəfələrlə vəsatətlər vermişik, heç birinə də müsbət cavab verilməyib. Yenidən vəsatət qaldırmağın, yenidən yazmağın nə mənası var?

Şablon cavablar, nəzakətli qarşılama, boş vədlər, qeri-müəyyənliklər... Cinayətin üstünün açılmasına ümidimiz qalmayıb. Nə zaman baxılacaq, cinayyətin üstü nə vaxt açılacaq, bilinmir. Verilən cavablar da bizi qane etmir. Avropa İnsan Hüquqları Məhkəməsinə olunan müraciətə hələ ki, reaksiya yoxdur”.

İlqar Tağıyev qardaşının ailəsinin heç bir dövlət yardımı almadan, yaxınlarının köməyi ilə dolandığını da deyib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb, noyabrın 23-də isə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. Bu qərardan məhkəməyə verilən şikayət təmin olunmayıb.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol