• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
29.05.2020 05:23
Bakının yol polisi paytaxtın əsas prospektlərindən birində sürət həddi ilə bağlı xəbərdarlıq edib.

 Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, sürücülər Ziya Bünyadov (keçmiş Dərnəgül şosesi) prospektində hələlik maksimim 70 km/saata qədər sürətlə hərəkət etməlidirlər: "Paytaxtın el arasında "Dərnəgül şosesi" kimi tanınan Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılsa da, hələlik yol boyu müvafiq sürət həddini tənzimləyən və ya hərəkətlə bağlı texniki vasitələr tam quraşdırılmayıb. Qeyd edək ki, paytaxtda yaşayış massivlərində avtomobillərin hərəkət sürəti 60 km/saat nəzərdə tutulur. Ona görə də bu yolla Qələbə meydanından metronun "Koroğlu” stansiyasına qədər hərəkət edən avtomobil sürücülərindən xahiş olunur ki, yolun yaşayış massivindən keçdiyini nəzərə alaraq prospekt boyu elektron tablolar quraşdırılanadək istər əsas, istərsə də kənar yolla hərəkət edərkən yol qəzalarının baş verməməsi üçün sürət həddini 60 km/saat, yəni maksimum 70 km/saat-a qədər seçsinlər".

 Onun sözlərinə görə, prospekt boyu 4 yerdə sürət həddini bildirən elektron tabloların quraşdırılması nəzərdə tutulur.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol