• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlara mənzil tikən şirkət məhkəməyə verildi

Deputatlara mənzil tikən şirkət məhkəməyə verildi
29.05.2020 08:05
KAT LTD şirkəti AMAY Ticarət Mərkəzinin yaxınlığında inşa etdiyi yeni binada Milli Məclisin evə ehtiyacı olan bir qrup deputatına mənzil verəcəyi barədə məlumat yaymışdı. Həmin binanın tikintisi bir sıra səbəbdən dayandırılıb.

Bu barədə Modern.az saytına açıqlamasında KAT LTD şirkətinin rəhbəri Elçin Əkbərov danışıb.

O bildirib ki, tikinti işi ilə bağlı məsələ Ali Məhkəməyə verilib. Elçin Əkbərov hələlik işin məhkəməyə verilməsi səbəblərinin məlum olmadığını da vurğulayıb.

"Hələ ki, bizə də açıqlama vermirlər. Gələn həftə bizə məsələ ilə bağlı məlumat veriləcək. Tikinti isə iş məhkəmədə olduğu üçün dayandırılıb”,- deyə Elçin Əkbərov qeyd edib.

KAT LTD-nin rəhbəri E.Əkbərov Milli Məclisin II çağırışda deputatı olub, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun ittihamlarına da cavab verib.

Rauf Qurbanov açıqlamasında KAT LTD-nin əvvəl tikdiyi binada (həmin bina 2005-ci ildə dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verilib-red) sabiq deputatlar üçün mənzilə görə şirkətə vəsait ödədiklərini və indi həmin məbləği geri ala bilmədiklərini vurğulamışdı.

Elçin Əkbərov ittihamların əsassız olduğunu bildirib:

"Heç kim bizə pul almaq üçün müraciət etməyib. Digər tərəfdən isə yeni bina inşa etdiyimizdən tikinti ilə bağlı yeni sənədlər ortaya çıxıb”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol