• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda reyd başladı

Bakıda reyd başladı
13.01.2015 16:40
Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlərə başlayıb.

Nazirliyin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, ümumiyyətlə, şəhərlərarası sərnişin avtobusları avtovağzaldan-avtovağzala hərəkət etməlidir. Buna baxmayaraq son günlər Sumqayıt avtovağzalından yola çıxan bəzi sərnişin avtobusları qanunsuz olaraq paytaxtda "Şamaxinka” adlanan əraziyə və "20 Yanvar” dairəsinə yığışırlar: "Bu avtobusların son dayanacaq məntəqəsi Beynəlxalq Avtovağzaldı. Ancaq artıq pul qazanmaq məqsədilə onların bəziləri qanunsuz olaraq marşrutlarını dəyişiblər. Həmin sürücülər bununla həm qanunsuz fəaliyyət göstərir, həm bu ərazilərdə sıxlıq yaradır, həm də gediş haqqını qaldırırlar. Artıq iki gündür ki, bu cür hallara qarşı reydə başlanılıb. Bu məsələ nazir Ziya Məmmədovun şəxsən diqqətindədir. Reydlər zamanı qanunsuz fəaliyyət göstərən avtobuslar cərimə meydançasına aparılır. Cərimə ödənildikdən sonra isə onların fəaliyyətinə qadağa qoyulur”.

Nazirliyin rəsmisi bildirib ki, hansı sahibkar texniki istismar müddəti başa çatmayan avtobuslardan istifadə edirsə, sərnişinləri Sumqayıtdan Beynəlxalq Avtovağzalına gətirirsə və bu işlə məşğul olmaq üçün lisenziya alıbsa, onların fəaliyyəti təmin ediləcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol