• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir aksiya keçirən əlillərlə görüşdü

Nazir aksiya keçirən əlillərlə görüşdü
29.05.2020 04:05
Bu gün saat 11 radələrində bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar hökumətdən kommunal şəraitlərinin yaxşılaşdırmasını tələb edib.

Əlillər virtualaz.org saytının nazirliyin qarşısında olan müxbirinə bildiriblər ki, Xırdalan şəhəri, H.Tağıyev küçəsi, 56 və 56a saylı ünvandakı əlillər evində yaşayırlar. Onların evinin yaxınlığında tikilən yeni binaya görə bir həftədir ki, işıqsız qalıblar.

"Gün ərzində mənzillərimizə qısamüddətli və zəif elektrik enerjisi verilir. Axşamlar isə ümumiyyətlə, işıqları söndürürlər” - deyə əlillər bildirdilər.

Əlilllərin kütləvi şəkildə nazirlik binasının qarşısına toplaşdıqlarını görən nazirlik işçiləri onları dərhal qəbul otağına dəvət etdilər. Hazırda əlillər nazirlik işçiləri tərəfindən dinlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, Xırdalandan gəlmiş bir qrup əlili nazir Səlim Müslümov qəbul edib. "Bu gün onsuz da qəbul günü idi. Nazir həmin əlilləri qəbul etdi, dinlədi. Əlillərin problemi yaşadıqları binadakı enerji problemi ilə əlaqədar idi. Nazir tikilməkdə olan obyektlərin müdriyyətinə tapşırıqlarını verdi. Tezliklə problemləri həll olunacaq. Ancaq onu da bildirim ki, bu problemin həlli başqa qurumlara aid idi” - deyə E.Babayev bildirdi.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol