• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: Olimpiadalar yeni qaydalarla həyata keçirilir

Nazir müavini: Olimpiadalar yeni qaydalarla həyata keçirilir
15.01.2015 13:00
Bu gün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan "Məktəblilərarası I fənn müsabiqəsi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla 9 nəfərlik komandalarla təmsil olunub. Üç mərhələdə aparılan bu bilik yarışında 500-ə yaxın şagird iştirak edib.

Tədbirin sonunda fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yer tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yer tutan ümumi təhsil müəssisələrinə kubok verilib.
 
 
"Azərbaycanda bilik fənn olimpiada hərəkatı istiqamətində və ona hazırlıq mərhələsində bu kimi yarışların keçirilməsi çox vacib amildir".
 
 
ANN.Az xəbər verir ki, bu sözləri məktəblilərin birinci fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindən sonra təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
 
Nazir müavini çıxışı zamanı qeyd edib ki, təhsil nazirliyinin birbaşa tərkibində olan riyaziyyat-fizika, informatika təmayüllü və kimya-biologiya təmayüllü litseylərin bazasında təşkil olunmuş I şagirdlərarası fənn müsabiqələrinin final mərhələsinə yekun vuruldu və qaliblər mükafatlandırılıdı: "Hesab edirik ki, belə bir müsabiqə, burda tətbiq olunan yeni yanaşma və bu yeni yanaşma bundan ibarətdir ki, ilk dəfə olaraq həm şagirdlər bir biri ilə rəqabət edirdilər, eyni zamanda kollektiv olaraq məktəblər bir-birilə rəqabət aparırdı. Buarada həm qalib gəlmiş şagirdlərin, həm də qalib gəlmiş məktəblərin mükafalandırılması tədbiri həyata keçirildi. Ümumilikdə Azərbaycanda bilik fənn olimpiada hərəkatı istiqamətində və ona hazırlıq mərhələsində bu kimi yarışların keçirilməsi çox vacib amildir. Uşaqların erkən yaşdan belə yarışlara qatılması, sağlam rəqabətin aparılması özlərində inam hissinin daha gücləndirilməsi istiqamətində öz müsbət tövhələrini verəcək. Eyni zamanada bu tədbirdə Respublika fənn olimpiadalarının və beynəlxalq olimpiadalara hazırlıq prosesində tədris  Azərbaycan dilində  olan bir sıra tədris resurslarının təqdimatı həyata keçirildi. Bunlar yuxarı sinif olan riyaziyyat fənnin resursları idi. Respublika fənn olimpiadasına gəldikdə isə onu qeyd etmək istərdim ki, bu tədris ilindən başlayaraq Respublika fənn olimpiadaları yeni qaydalar əsasında həyata keçirilir və Respublika fənn olimpiadalarının birinci turu bir neçə gün bundan öncə başa çatıb.  8 fənn üzrə 22 min iştirakçı bu mərhələdə iştiak etdi. Belə kütləviliyin təmin edilməsi bizi çox sevindirir. Respublika fənn olimpiadaları yarımfinal mərhələsi  mart ayında, final mərhələsinin isə aprel ayında keçirilməsi gözlənilir.  Hər bir fənn üzrə final mərhələsində 60 şagirdin iştirakı nəzərdə tutulub. Bu say bizə həm yüksək nəticələr əldə etmək, həm də rəqabəti təmin etməyə imkan verəcək.”

Orxan Aslanlı
 
ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol