• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət doktorantların yaradıcılıq xərclərini öz üzərinə götürür

Dövlət doktorantların yaradıcılıq xərclərini öz üzərinə götürür
16.01.2015 14:13
Azərbaycanda dövlət tərəfindən doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsinə uzunmüddətli, güzəştli kredit ayıracaq, eyni zamanda elmi-tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi üçün qrantlar ayıracaq, elmi yaradıcılıqla bağlı ayrıca uzun müddətli məzuniyyətlər veriləcək, elmi işçilər üçün əlavə sosial təminatlar müəyyən ediləcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan "Elm haqqında” qanun layihəsinin 38.11, 38. 12 və 38. 13 – cü maddələrində əks olunub.

Qanun layihəsinin 38.11-ci maddəsində deyilir ki, "Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini, elmi-tədqiqat, təcrübə-sınaq işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, ixtisasartırma, yenidənhazırlama, təcrübə keçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir”.

Maddə 38.12-də bildirilir ki, "Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və mütəxəssislərə 1 (bir) il müddətinə qədər elmi-yaradıcılıq məzuniyyəti verilir”.

Maddə 38.13-də isə göstərilir ki, "Elmi müəssisə və təşkilatlar öz sərəncamında olan vəsaitlər hesabına elmi və digər işçilər üçün əlavə sosial təminatlar (tibbi xidmət, istirahət və sair) hüququnu müəyyən edir”.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılması gözlənilir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol