• $
  • €
  • ₽
  • ₺
  • £

230 min manata nömrə satanlar həbs edildi

230 min manata nömrə satanlar həbs edildi
16.01.2015 16:24
Daxili İşlər Nazirliyi 230 000 manata (293 min dollar) dövlət qeydiyyat nişanları satanları saxlayıb.
 
Oxu.az-ın məlumatına görə, son günlər bəzi kütləvi informasiya vasitələrində nəqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb.
 
Bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.
 
Apaşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanımadıqları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.
 
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun  regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.
 
Qeyd edək ki, sosial şəbəkələrdə  dövlət qeydiyyat nişanları 99 TT 999 - 230 min manata, 99 LL 999 - 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN  satılması barədə məlumat yayılmışdı.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol