• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş polis rəisinə yeni vəzifə

Keçmiş polis rəisinə yeni vəzifə
19.01.2015 10:37
Keşmiş polis rəisi polkovnik Şahmar Paşayevə yeni vəzifə verilib. ANS PRESS-in məlumatına görə, Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı onun oğlu Turabi Paşayev verib.

Ş.Paşayevin oğlu da hüququ mühafizə orqanlarında çalışır. O, Qaradağ rayon 38-ci polis bölməsinin rəisidir.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərin və keçidlərin təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

Qeyd edək ki, polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi olub. O, səhəttindəki problemlə bağlı işdən çıxması haqqında ərizə yazmış, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən azad olunmuşdu.

Qeyd edək ki, Şahmar Paşayev DİN-də məşhur simalardan biri idi. O, Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini, rəisi, Xətain rayonunun 34, 37 bölmələrinin rəisi, Yasamal Polis İdarəsinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol