• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən çıxan Umayra Tağıyeva: Deyilənlər cəfəngiyyatdır

İşdən çıxan Umayra Tağıyeva: Deyilənlər cəfəngiyyatdır
22.01.2015 16:09
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun sabiq direktoru Umayra Tağıyeva haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az-a açıqlamasında U.Tağıyeva işdən çıxması ilə bağlı deyilənlərin yalan olduğunu, vəzifəsindən öz ərizəsi ilə getdiyini bəyan edib.

"Hər şey qaydasındadır. İşdən çıxmaq mənim qərarımdır. İşdən öz ərizəmlə çıxmışam. Deyilənlər sadəcə cəfəngiyyatdır”.

U.Tağıyeva mətbuatda yazılanları təkzib edərək işinə görə heç kimdən töhmət almadığını qeyd edib:

"Nə töhmət almışam, nə də ki, səhv proqnoz vermişəm. Belə bir şey baş verməyib. İşdən çıxmağım öz xahişimlə olub. Bu mənim qərarımdır. Beş il nazirin qəbulunda olmamışam. Heç kim məni çağırmayıb. Heç kim mənə töhmət verməyib. Mətbuatda yazılan məsələr baş verməyib. Mən istəmirəm ki, belə məsələlərdə mənim adım hallansın. Bu mənə bir qadın kimi xoş deyil. Heç kəs mənim adımdan xəbərlər yaymasın”.

Daha sonra U. Tağıyeva nazirlikdəki keçmiş işindən də danışıb:

"Mən mütəxəssis idim və nazirlikdə öz işimi yerinə yetirirdim. Oradakı iş sadəcə olaraq mütəxəssisin üzərinə düşən məsuliyyət idi. Mənim oradakı işimə vəzifə kimi baxmaq düzgün deyil. Ona görə də özümü heç vaxt vəzifədə hiss eləməmişəm”.

Sonda isə U.Tağıyeva gələcək fəaliyyəti ilə bağlı planlarının olduğunu deyib:

"Müəyyən planlarım var. Gələcəkdə açıqlama verəcəyəm”.

Qeyd edək ki, bu gün mətbuta səhifələrində U, Tağıyevanın işdən çıxması ilə bağlı məlumatlar dərc olunub. Məlumatlarda U. Tağıyevanın hava proqnozunu səhv verdiyi üçün işdən azad olunduğu qeyd olunub. Həmçinin bildirilib ki, o, nazirdən bir neçə dəfə töhmət alıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol