• $
  • €
  • ₽
  • ₺
  • £

"Azadlıq Radiosu"nun əməkdaşı "arzuolunmaz şəxslər" siyahısına salındı

"Azadlıq Radiosu"nun əməkdaşı "arzuolunmaz şəxslər" siyahısına salındı
23.01.2015 15:31
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Azadlıq Radiosu"nun əməkdaşı Marqot Buffu "arzuolunmaz şəxslər" siyahısına salıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı siyahıya daxil edilib.

Qeyd edək ki, daha əvvəl "azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə "Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Marqot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilirdi.

XİN daha əvvəl məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır:

"Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir".

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol