• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən sürücülərin sənədsiz fəaliyyəti ilə bağlı açıqlama

Nazirlikdən sürücülərin sənədsiz fəaliyyəti ilə bağlı açıqlama
25.01.2015 13:00
Azərbaycanın Nəqliyyat Nazirliyi sərnişinlərə xüsusi icazə olmadan xidmət göstərən taksi və avtobus sürücülərinə qarşı mübarizəni sərtləşdirmək niyyətindədir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.


Həsənov deyib: "Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır”.


Şöbə müdirinin sözlərinə görə, Nəqliyyat Nazirliyi qanunla müəyyən olunmuş çərçivədə xidmət göstərilməsinə tərəfdardır. Həsənov bildirib ki, məhz bu məqsədlə taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələrin alınması üçün müraciət etməlidirlər: "Reydlər habelə qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Bütün bu hallar aşkar edilib aradan qaldırılacaq".


Onun sözlərinə görə, sərnişin avtobusu sürücülərinin işinə daim nəzarət edilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin xarici və daxili müşahidə kameralarından əldə etdiyi məlumatlara görə, 2014-cü ildə sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı 23 309 hal, siqaret çəkməsi ilə bağlı 12 750, avadanlığın işinə müdaxilə ilə bağlı 59 941, eləcə də qanunsuz parketmə ilə bağlı 20 333 hal qeydə alınıb.


Həsənov deyib ki, bu, paytaxtın nəqliyyat sisteminin daimi müşahidə və nəzarət altında olmasından xəbər verir. "Öz növbəsində, qanunu pozanlara qarşı sərt tədbirlər görülür. Belə ki, 2014-cü ildə 221 sürücü barəsində inzibati protokol tərtib edilib”.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol