• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə aparılan işlər nərə balıqları üçün təhlükəlidir

Xəzərdə aparılan işlər nərə balıqları üçün təhlükəlidir
26.01.2015 16:54
Xəzər dənizində seysmoloji kəşfiyyat işlərinin aparılması nərəkimilərin sayının azalmasına təsir göstərir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov deyib ki, son tədqiqatlar Xəzər dənizində nərəkimilərin yox olma dərəcəsinə qədər azaldığını göstərir. Xəzərin nərəkimilərinin azalmasının əsas səbəbi, ilk növbədə, onların geniş miqyasda qeyri-leqal halda çaylarda və dənizdə ovlanmasıdır. Bütün il ərzində nərəkimilərin (xüsusilə, körpə balıqların) plansız ovlanması Xəzər populyasiyalarını məhv olma dərəcəsinə gətirib çıxarıb.

İ.Ələkbərov qeyd edib ki, Xəzər dənizində Qara dənizdən gəmilərin ballast suları ilə keçən daraqlı Mnemiopsis leidyi surətlə inkişaf edib. Amerika planktonoloqları ilə birgə aparılan tədqiqat da göstərib ki, bu növ Xəzər dənizinin planktonlarına çox böyük ziyan vurub. Belə ki, Mnemiopsis leidyi planktonlardan qida kimi fəal istifadə edib və kütləvi şəkildə çoxalıblar. Mnemiopsis leidyi, xüsusilə, Xəzər dənizinin Lənkəran və Astara bölgəsində suyun yüksək duzluluq şəraitində çox - 13 faiz artıb. Mnemiopsis leidyi növünün inkişafı bir çox balıqların, o cumlədən, nərəkimilərin yem ehtiyatına mənfi təsir göstərir.

İnstitut direktoru bildirib ki, Xəzər dənizinə təkcə Volqa və Kür çaylarının çirkli suları deyil, həmçinin sənaye və kimyəvi istehsal tullantıları, dənizdən neft çıxartma zamanı müxtəlif kimyəvi tullantılar axıdılır. Xəzər dənizinin illər boyunca kompleks çirklənməsi də nərəkimilərin sayının azalmasının əsas səbəblərindəndir.

İ.Ələkbərov bildirib ki, adətən, "çirkləndirici" kimi adı çəkilməyən, pnevmatik qurğularla tətbiq edilən seysmoloji kəşfiyyat işləri də nərəkimilərin sayının azalmasına səbəb olur. Həmin qurğular vasitəsilə 150 atmosfer təzyiqində sıxılmış hava ilə edilən təkanlar böyük sahələrdə planktonları məhv edir.

Onun sözlərinə görə, institut tərəfindən Xəzər dənizinin hidrofaunasına seysmik kəşfiyyatın təsiri tədqiq olunub. Məlum olub ki, bu tədqiqatın aparılması dövründə (adətən, 2-3 ay və daha artıq) həmin akvatoriyanın planktonunda "ölü zona" əmələ gəlir. Onurğasızlar - rotatorilər, xərçəngkimilər tamamilə tələf olur, balıq körpələrinin bir qismi isə üzmə qovuğunun partlaması nəticəsində ölürlər. Neqativ nəticələr, xüsusilə, dərin olmayan yerlərdə seysmik kəşfiyyatın aparılması zamanı müşahidə edilir: "ELF", "Adip", "JAOC" kimi neft şirkətlərinin seysmik kəşfiyyatlarının biomonitorinqi göstərdi ki, 20 metrdən çox olmayan dərinlikdə seysmik kəşfiyyatın aparılması balıqların yemi olan zoobentosun məhv olmasına səbəb olur. Bütün bu hallar Xəzər nərəkimilərinin kritik vəziyyətini izah edir və onlara edilən mənfi antropogen stressin, ilk növbədə isə qanunsuz ovlanmanın təcili aşağı salınmasının vacibliyini göstərir".

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol