• $
  • €
  • ₽
  • ₺
  • £

Bu hərbçilərin ailələri ayda 200 manat alacaq

Bu hərbçilərin ailələri ayda 200 manat alacaq
27.01.2015 17:42
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunan vətəndaşların sayı hazırda 51618 nəfər təşkil edir.

ANS PRESS-in Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, son bir ildə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara təyin olunan prezident təqaüdlərində mühüm artımlar edilməklə, həmin təqaüdlə təmin edilən vətəndaşların əhatə dairəsi daha da genişlənib. Belə ki, qeyd olunan dövrdə Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən, Prezident təqaüdünün orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% artırılıb. Habelə İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara da Azərbaycan Prezidentinin təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.

Ümumilikdə son bir ildə prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 16 637 nəfər (47,5 faiz) artıb.

Cari ilin əvvəlindən isə dövlət başçısının 2014-cü il 11 avqust tarixli fərmanı ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də aylıq 200 manat olmaqla prezident təqaüdü təyin olunur.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol