• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq prokurorun güllələnməsi ilə bağlı məlumat yaydı

Baş Prokurorluq prokurorun güllələnməsi ilə bağlı məlumat yaydı
28.01.2015 17:29
Baş Prokurorluq şöbə prokurorunun güllələnməsi ilə bağlı məlumat yayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlunun odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət etməsi ilə bağlı aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, yanvarın 24-də Qobustan rayonunun Xilmilli kəndində Qəbələ rayon sakini İdris Murtuzov, Abşeron rayon sakini Şəmsəddin İsayev, Bakı şəhər sakinləri İlqar Yusifov və Rəhman Əhmədov ov edərkən Ş.İsayevə məxsus tüfənglə ehtiyatsız davranan İ.Murtuzov açdığı atəşlə R.Əhmədova bud nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Əhmədov xəstəxanaya yerləşdirilib.

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ş.İsayevdən "Vursan” markalı, İ.Yusifovdan "Churchill” markalı müvafiq sənədləri olan ov tüfəngləri götürülüb. Faktla əlaqədar cinayət işi başlanılıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol