“Hərb və sülh”ün çəkilişləri başlayır

Yaxın günlərdə uzun müddətdir ki, planlaşdırılan "Hərb və sülh” filminin çəkilişləri start götürəcək.
Lev Tolstoyun romanı əsasında çəkilən altı seriyalı filmi BBC və Weinstein Company ekranlaşdıracaq. "Lenfilm” studiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, BBC Rusiya ərazisində yerləşən şirkətlərlə əməkdaşlıq etmək fikrindədir.
Bu səbəbdən onlar "Lenfilm” studiyası ilə işləməyi məqsədəuyğun sayıblar. Mətbuat xidmətinin verdiyi məlumata görə, filmdə istifadə olunacaq köhnə kostyumlar, pariklər və başqa əşyalarla bağlı BBC məhz "Lenfilm”ə müraciət edib.
Artıq Peterburqda baş tutacaq çəkilişlərdə iştirak edəcək aktyorların siyahısı da açıqlanıb. Lili Ceymz, Pol Dano, Ceymz Norton bu qəbildəndir. Qeyd edək ki, filmin Peterburqda aparılan çəkilişləri on iki gün çəkəcək. Sözügedən filmin prodüserləri Feyt Petheyl v Betan Consdur. BBC One-nın yaydığı məlumata görə, filmin büdcəsi 10 milyon funta bərabər olacaq. //Kult.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib