• $
  • €
  • ₽
  • ₺
  • £

Samuxda partlayış

Samuxda partlayış
01.02.2015 16:00
Samuxda yaşayış evində güclü partlayış baş verib. 


"Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 1-də səhər saat 6 radələrində rayonun Qarayeri qəsəbəsində Rübabə Əliyevaya məxsus həyət evinin qış üçün nəzərdə tutulan köməkçi otağında baş verib.

Partlayış nəticəsində evin gəlini, 1986-cı il təvəllüdlü Ramilə Əliyeva, onun 7 və 5 yaşlı qızları Sona və Gülay yanıq xəsarətləri alıblar.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən R. Əliyeva vəziyyəti ağır olduğundan Bakıda ixtisaslaşmış xəstəxanaların birinə göndərilib.

Uşaqlar isə Gəncədə 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər uşaqların vəziyyətlərinin orta ağır olduğunu bildirirlər.

Partlayış nəticəsində evin divarları dağılıb, otaqda olan əşyaların bir hissəsi yanaraq yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
 
ANN.Az


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol