• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il dərslər vaxtından əvvəl başa çatacaq

Bu il dərslər vaxtından əvvəl başa çatacaq
03.02.2015 17:08
Bu il Azərbaycan məktəblərində dərslər vaxtından əvvəl başa çatacaq.

APA-nın xəbərinə görə, hər il olduğu kimi, bu il məktəblərdə dərslər mayın 31-də deyil, daha tez zamanda yekunlaşacaq. Belə ki, Azərbaycan məktəblərində "Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub.
 
Bu il mayın 31-i bazar gününə düşdüyündən, "Son zəng” tədbirlərinin vaxtında dəyişiklik ediləcək. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng”in mayın 29-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 30-da çalınacağı ehtimalı var.
 
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri bir qayda olaraq sentyabrın 15-də başlayıb və mayın 31-də başa çatıb. Nazirlər Kabinetinin Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikliyə əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil 1 fevral-14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol