• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ nümayəndəsinin evindən 100 min manatlıq qızıl oğurlandı

QMİ nümayəndəsinin evindən 100 min manatlıq qızıl oğurlandı
03.02.2015 17:16
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan və ətraf 6 rayon üzrə qazısı Hacı Hüsnü Həsənovun evindən külli miqdarda qızıl-zinət əşyaları və şəxsi silahı oğurlanıb.

Hacı Hüsnü Həsənov APA-ya açıqlamasında bildirib ki, yanvarın 31-də səhər saatlarında naməlum şəxslər (və yaxud şəxs) pəncərədən evə girib.
 
Onun sözlərinə görə, oğrular evdən təxminən 100 min manat dəyərində qızıl-zinət əşyaları və rəsmi sənədi olan "Vinçester” markalı silahını aparıblar. Həmin vaxt ailəsi ilə İranda müalicədə olduğunu deyən QMi nümayəndəsi bildirib ki, hadisə baş verərkən evdə heç kim olmayıb. O, evində nağd pul olmadığı üçün pul oğurluğu olmadığını da bildirib: "100 min manat pulun oğurlandığı barədə məlumat həqiqətə uyğun deyil”.
 
O, hadisə barədə polisə müraciət etdiyini, oğurluq törətmiş şəxslərin tapılması üçün axtarışlara başlanıldığını bildirib: "Dərhal Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng etdim. Salyan Rayon Polis İdarəsindən rəhbərliyi başda olmaqla, hadisə yerinə gəldilər və lazımı qeydlərini götürüb getdilər".
 
H. Həsənov onu da bildirib ki, heç kimlə şəxsi ədavəti, yaxud problemi olmadığı üçün konkret kimdənsə şübhələnmir.
 
Qeyd edək ki, bu gün virtualaz.org saytı QMİ rəsmisinin evindən 100 min manat, xeyli qızıl-zinət əşyası və silah oğurlandığı barədə xəbər yayıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol